Xəbərlər

Azerreyl “Çağırış kuboku”nda mübarizəni dayandırdı
Qadın voleybolçulardan ibarət “Azərreyl” klubu bu gün növbəti avrokubok oyununu keçirib.
Ölkəmizin flaqman voleybol komandası, Super Liqanın gümüş medalçısı “Çağırış kuboku”nun 1/16 final mərhələsinin cavab matçına çıxıb.
Eldar Yusubovun yetirmələri Almaniyada yerli “Zul”la üz-üzə gəlib. Dünən bu rəqibə 1-3 hesabı ilə uduzan komandamız bu dəfə 0-3 uduzub və 1/8 finala çıxmaq şansını itirib.
Bununla da “Azərreyl” avrokubokdakı mübarizəni dayandırıb.
Çelenc kuboku
1/16 final, cavab oyunu
15 dekabr
22:00.
“Zul” (Almaniya) – “Azərreyl” (Azərbaycan) – 3-0 (25-15, 25-17, 25-9)
Türinqen Voleybol Arena