Azerrail VC

Xəbərlər

Haqqımızda

Azerreyl mövsümə qalib başladı

Dekabrın 22-də qadın voleybolçular arasında Azərbaycan Yüksək Liqasında ilk turun oyunları keçirilib.

 

Voleybol Mərkəzində təşkil olunan tura “Abşeron” – “Murov” matçı ilə start verilib.

Mövsümün ilk matçında “Murov” qalib gəlib. Vüqar Əliyevin yetirmələri 3 xalı rəqibini 3-1 (25-19, 25-13, 11-25, 26-24) hesabı ilə məğlub etməklə aktivlərinə yazıblar.

 

Günün ikinci matçında “Azərreyl” UNEC-i sınağa çəkib. Turun son matçında qalib üç hissədə müəyyən olub. Eldar Yusubovun komandası hər üç setdə üstün oyun nümayiş etdirərək, görüşü qələbə ilə başa vurub - 3-0 (25-09, 25-17, 26-24)

 

Beləliklə, ilk turdan sonra aktivinə 3 xal yazdıran “Azərreyl” və “Murov” turnir cədvəlində 1-ci və 2-ci yerdə qərarlaşıblar. “Abşeron” və UNEC isə turu xalsız başa vurub.

 

Qeyd edək ki, Yüksək Liqanın qalibi 6 dövrədən sonra müəyyən olunacaq.