Azerrail VC

Xəbərlər

Haqqımızda

YENİ İLİN İLK QƏLƏBƏSİ

Bu gün qadın voleybolçular arasında Azərbaycan Yüksən Liqasında yeni ilin ilk oyunu keçirilib.

Bakı Voleybol Mərkəzində təşkil edilən matçda “Azerreyl” və “Abşeron” klubları üz-üzə gəlib.

İlin ilk oyunu komandamızın üstünlüyü ilə başa çatıb.

Eldar Yusubovun yetirmələri hər üç setdə üstün oyun nümayiş etdirərək, görüşü qələbə ilə başa vurublar.

Beləliklə, bu oyundan sonra hesabına 3 xal yazdıran” Azerreyl”  6 xalla turnir cədvəlində 1-ci yerdə qərarlaşıb.

 

Yüksək Liqa ( qadınlar )

II Tur

Azerreyl – Abşeron 3-0 ( 25-18, 25-18, 25-21 )