Azerrail VC

Xəbərlər

Haqqımızda

Azerreyl I dövrəni qalibiyyətlə bitirdi

2022-2023 mövsümündə qadın voleybolçular  arasında keçirilən Azərbaycan Yüksək Liqasında I dövrənin  oyunları yekunlaşıb. Bu gün baş tutan III tur çərçivəsində “Murov” “Azərreyl”lə , UNEC isə “Abşeron”la üz-üzə gəlib.

Bakı Voleybol Mərkəzində təşkil olunan  turun ilk matçında “Murov” “Azərreyl”lə qarşılaşıb.

Eldar Yusubovun komandası ilk seti 25-22 hesabı ilə öz xeyrinə başa vurub. Matçın ikinci hissəsində də “Azərreyl” eyni hesabla  qalib gələrək set fərqini 2-yə çatdırıb. Vüqar Əliyevin yetirmələri üçüncü hissədə 25-20 hesabı ilə qalib gələrək fərqi minimuma endirsələr də, geridönüş edə bilməyiblər. Dördüncü set komandamızın  25-20 hesablı qələbəsi ilə yekunlaşıb.

Beləliklə, 3 turdan sonra xal itirməyən “Azərreyl” 9 xalla turnir cədvəlinə başçılıq edir. 6 xala malik “Murov” ikinci, ondan 3 xal geri qalan “Abşeron” üçüncü yerdə qərarlaşıb. Sonuncu pillədə olan UNEC-in isə xalı yoxdur.

 

24 yanvar

Yüksək Liqa (qadınlar)

III tur

“Murov” - “ Azərreyl” 1-3 (22-25, 22-25, 25-20, 20-25)