Xəbərlər

Azerreyl II dövrəyə qalib başladı
Bu gün qadın voleybolçular arasında Azərbaycan Yüksək Liqasında II dövrənin ilk turun oyunları baş tutub. Bakı Voleybol Mərkəzində keçirilən IV tura “Murov” - “Azərreyl” matçı ilə start verilib. Qarşılaşmanın qalibi tay-brekdə müəyyən olunub. Birinci hissədə 25-22 hesabı ilə qalib gələn “Murov” növbəti 2 setdə 15-25, 15-25 hesabı ilə məğlub olub. Dördüncü hissəni Vüqar Əliyevin komandası 32-30 hesabı ilə qalib gələrək ümumi hesabı bərabərləşdirib – 2-2. Həlledici setdə 13 15 hesabı ilə qalib gələn “Azərreyl” görüşün yekun hesabını müəyyənləşdirib.
II dövrənin ilk turundan sonra “Azərreyl” 11 xalla turnir cədvəlində liderliyini davam etdirir. 7 xalla “Murov” ikinci, 6 xalla “Abşeron” üçüncü yerdə qərarlaşıb. Sonuncu pillədə olan UNEC-in isə xalı yoxdur.
IV tur
“Murov” - “Azərreyl” 2-3 (25-22,15-25, 15-25, 32-30, 13-15)