Xəbərlər

Azerreylin sezon da ilk məğlubiyyəti
Bu gün qadın voleybolçular arasında Azərbaycan Yüksək Liqasında V turun oyunları keçirilib.
Turun hər iki matçı bu gün Türkiyədə baş vermiş zəlzələ nəticəsində həlak olanların xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə start götürüb.
Bakı Voleybol Mərkəzində təşkil olunan V turun ilk qarşılaşmasında “Azərreyl” klubu “Abşeron”la üz-üzə gəlib. I dövrədə “Abşeron”u üstələyən “Azərreyl” ikinci görüşdən məğlub ayrılıb.
İlk setdə 25-21 hesabı ilə qalib gələn Famil Ağayevin komandası sonrakı hissələri də aktivinə yazıb – 26-24, 25-17. Nəticədə “Abşeron” 3 xalı 3-0 hesablı qələbə ilə əldə edib.
Beləliklə, V turdan sonra lider “Azərreyl”in 11 xalı, “Murov”un 10, “Abşeron”un 9 xalı var. Turnir cədvəlində sonuncu pillədə olan UNEC-in isə xalı yoxdur.
Azərbaycan Çempionatı Yüksək Liqa
II Dövrə
V tur
“Azərreyl” - “Abşeron” 0-3 (21-25, 24-26, 17-25)