Azerrail VC

Xəbərlər

Haqqımızda

Azerreyl II dövrədə də liderliyini qorudu

Voleybol üzrə qadınlar arasında Azərbaycan Yüksək Liqasında II dövrənin oyunları başa çatıb. VI tur çərçivəsində “Abşeron” klubu “Murov”la , UNEC isə “Azərreyl”lə üz-üzə gəlib.

 

Voleybol Mərkəzində təşkil olunan turun  son matçı UNEC və “Azərreyl” komandaları arasında keçirildi. Bu matçın qalibi isə üç setdə müəyyən olundu. Oyuna daha inamlı başlayan “Azərreyl” birinci setdə 25-13 hesabı ilə qalib gəlib. Eldar Yusubovun yetirmələrinin ilk hissədəki uğuru sonrakı setlərdə də davam edib. “Azərreyl” ikinci hissəni 25-10, üçüncü hissəni isə 25-7 hesabı ilə qalib başa vurub.

 

Beləliklə, II dövrədən sonra lider “Azərreyl”in 14 , “Abşeron”un 12, “Murov”un 10 xalı var. Turnir cədvəlində sonuncu pillədə olan UNEC-in isə xalı yoxdur.

 

Azərbaycan Çempionatı

Super Liqa

II Dövrə

VI Tur

UNEC - “Azərreyl” 0-3 (13-25, 10-25, 7-25)