Xəbərlər

"Azerreyl" "Murov"a set vermədi
Bu gün qadın voleybolçular arasında Azərbaycan Yüksək Liqasında III dövrə oyunlarına start verilib.
Günün ilk görüşündə “Azərreyl” “Murov”la üz-üzə gəlib.Bakı Voleybol Mərkəzində təşkil olunan VII turun ilk matçı “Azərreyl”in üstünlüyü ilə başlayıb. İlk setdə 25-22 hesabı ilə qalib gələn Eldar Yusubovun yetirmələri sonrakı hissələri də aktivinə yazıb – 25-20, 25-18. Yekun nəticədə “Azərreyl” növbəti 3 xalını 3-0 hesablı qələbə ilə əldə edib.
VII turdan sonra “Azərreyl” 17 xalla turnir cədvəlində liderliyini davam etdirir. “Abşeron”un 15, “Murov”un 10 xalı var. Turnir cədvəlində sonuncu pillədə olan UNEC-in isə xalı yoxdur.
Azərbaycan Çempionatı
Yüksək Liqa
III Dövrə
VII Tur
AZERREYL - MUROV 3-0 (25-22, 25-20, 25-18)