Xəbərlər

Azerreyl VIII turu qalib bitirdi
Qadın voleybolçular arasında Azərbaycan Yüksək Liqasında III dövrənin növbəti oyunları keçirilib.
Bakı Voleybol Mərkəzində təşkil olunan VIII turun ilk görüşü “Abşeron” və “Azərreyl” komandaları arasında baş tutub. Turnir cədvəlinin lideri “Azərreyl” matçdan qalib ayrılıb. İkinci dövrədə “Abşeron” klubuna 0-3 hesabı ilə məğlub olan Eldar Yusubovun komandası bu matçda qələbəyə sevinib. “Azərreyl” 3-1 (25-16, 25-21, 18-25, 25-22) hesabı ilə “Abşeron”u məğlub edərək aktivinə daha 3 xal yazdırıb.
Beləliklə, VIII turdan sonra “Azərreyl” 20 xalla turnir cədvəlində liderliyini davam etdirir. “Abşeron”un 15, “Murov”un 13 xalı var. Turnir cədvəlində sonuncu pillədə olan UNEC-in isə xalı yoxdur.
Azərbaycan Çempionatı
Yüksək Liqa
III Dövrə
VIII Tur
“Abşeron” - Azərreyl” 1-3 (16-25, 21-25, 25-18, 22-25)