Xəbərlər
![Haqqımızda](https://azerrailvc.az/assets/front//assets/images/cover/1.jpeg)
Azerreyl III dövrədə də liderliyini qorudu
Qadın voleybolçular arasında Azərbaycan Yüksək Liqasında bu gün keçirilən oyunlarla III dövrəyə yekun vurulub.
Voleybol Mərkəzində təşkil olunan IX turun son qarşılaşması “Azərreyl” və UNEC komandaları arasında olub. Bu görüşdə qalib 3 setdə müəyyənləşib. Turnir cədvəlinə liderlik edən Eldar Yusubovun komandası bu matçdan da asan qələbə ilə ayrılıb. “Azərreyl” ilk hissəni 25-13, sonrakı setləri isə 25-17 və 25-14 hesabı ilə qazanıb.
III dövrədən sonra “Azərreyl” 23 xalla turnir cədvəlində liderliyini davam etdirir. “Murov”un 16, “Abşeron”un 15 xalı var. Turnir cədvəlində sonuncu pillədə olan UNEC-in isə xalı yoxdur.
Azərbaycan Çempionatı
Yüksək Liqa ( qadınlar )
III Dövrə
IX Tur
“Azərreyl” - UNEC 3-0 (25-13, 25-17, 25-14)