Azerrail VC

Xəbərlər

Haqqımızda

Azerreyl tay-brekdə qələbə qazandı

Qadın voleybolçular arasında Azərbaycan Yüksək Liqasında bu gün IV dövrəyə start verilib.

 

Voleybol Mərkəzində keçirilən X turun ilk matçı “Azərreyl” və “Murov” komandaları arasında baş tutub. Tay-brekə kimi davam edən matçın ilk hissəsində 25-18 hesabı ilə “Azərreyl” qalib gəlib. İkinci setdə toparlanan “Murov” 25-23 hesabı ilə qalib gələrək ümumi hesabı bərabərləşdirib III set isə 18-25 hesabı ilə “Azərreyl”in xeyrinə sona çatıb. Matçın dördüncü hissəsini “Murov” 25-22 hesabı ilə aktivinə yazdırsa da, həlledici setdə “Azərreyl” daha səhvsiz oynayaraq qalib gəlib və görüşün hesabını rəsmiləşdirib.

 

X turdan sonra “Azərreyl” 25 xalla turnir cədvəlində liderliyini davam etdirir. “Abşeron”un 18, “Murov”un 17 xalı var. Turnir cədvəlində sonuncu pillədə olan UNEC-in isə xalı yoxdur.

 

Azrbaycan Çempionatı

Yüksək Liqa ( qadınlar )

IV Dövrə

X Tur

“Azərreyl” - “Murov” 3-2 (25-18, 23-25, 25-18, 22:25, 15:10)