Azerrail VC

Xəbərlər

Haqqımızda

Azerreyl ilk yarımfinal oyununda qalib gəldi

Qadın voleybolçular arasında Azərbaycan Yüksək Liqasının yarımfinal mərhələsi start götürüb.

Bu gün yarımfinalın ilk oyunları çərçivəsində “Abşeron” klubu “Murov”la, “Azərreyl” isə UNEC-lə qarşılaşıb.

Voleybol Mərkəzində təşkil olunan yarımfinalın digər matçında “Azərreyl"lə UNEC üz-üzə gəlib. Bu oyun əsas mərhələni lider kimi başa vuran "Azərreyl"in üstünlüyü ilə keçib. Setlərdə 25-7, 25-14 və 25-17 hesabları ilə qalib gələn Eldar Yusubovun yetirmələri quru hesablı qələbəni rəsmiləşdiriblər.

Qeyd edək ki, yarımfinal mərhələsi iki qələbəyə kimi, final mərhələsi isə üç qələbəyə kimi oynanılacaq.

Yarımfinal (birinci oyun)

“Azərreyl” - UNEC 3-0 ( 25-7, 25-14, 25-17)