Xəbərlər

Azerreyl finalda
Qadın voleybolçular arasında Azərbaycan çempionatında finalın ilk iştirakçısı bəlli olub
Bu gün Yüksək Liqada yarımfinalın növbəti oyunları keçirilib.
Yarımfinalın növbəti matçı UNEC-lə "Azərreyl" arasında baş tutub.
Cütün ilk oyununda 3-0 hesabı ilə qalib gəlmiş "Azərreyl" bu dəfə də quru hesabla (25-13, 25-13 və 25-06) sevinən tərəf olub. Beləliklə, hər iki qarşılaşmada qalib gələn "Azərreyl" finala ilk vəsiqəni qazanıb.
UNEC isə bürünc medal uğrunda yarışacaq.
Yüksək Liqa
Yarımfinal (ikinci oyunlar)
UNEC - "Azərreyl" 0-3 (13-25, 13-25, 06-25)