Xəbərlər
Azerreyl I liqada gümüş medalın sahibi oldu
Qadın voleybolçular arasında Azərbaycan Çempionatında I Liqanın qalibi bəlli oldu.
Bu gün AVF-nin idman zalında ilk olaraq meydana üçüncülük uğrunda yarışan "Ryuga" və "Murov-2" klubları çıxıblar. Görüşə daha yaxşı başlayan "Ryuga" ilk seti 25-22 hesabı ilə öz xeyrinə başa vurub. Sonradan rəqibinə daha ciddi müqavimət göstərən "Murov-2" növbəti hissədə 25-23 hesabı ilə qələbə qazanıb. Sonrakı setləri "Ryuga" və "Murov-2" müfaviq olaraq 25-23 və 25-10 hesabları ilə qalib başa vurublar. Matçın taleyinə isə tay-brekdə aydınlıq gəlib. Həlledici hissədə daha üstün oyun nümayiş etdirən "Ryuga" 15-9 hesabı ilə qələbə qazanıb.
Beləliklə, qarşılaşmada 3-2 hesabı ilə qalib gələn "Ryuga" I Liqanın bürünc medalına sahib çıxıb.
Daha sonra final oyunu start götürüb. Çempionun bəlli olduğu bu matçda "Xarı bülbül" və "Azərreyl-2" komandaları üz-üzə gəliblər. Bu görüş də maraqlı mübarizədə keçib. İlk setdən daha yaxşı oyun nümayiş etdirən "Xarı bülbül" 2-0 (25-22, 25-19) hesabı ilə irəli keçib. Sonradan "Azərreyl-2" təşəbbüsü yiyələnərək növbəti hissəni 25-15 hesabı ilə aktivinə yazdırıb. Lakin "Xarı bülbül" üstünlüyü yenidən ələ keçirib və dördüncü setdə 26-24 hesabı ilə qalib gəlib. Bununla da "Xarı bülbül" I Liqanın qızıl medalını qazanıb.
Azərbaycan Çempionatı
I Liqa ( qadınlar )
"Ryuqa" - "Murov-2" 3-2 (25-22, 23-25, 25-23, 10-25, 15-9)
"Xarı bülbül" - "Azərreyl-2" 3-1 (25-22, 25-19, 15-25, 26-24)