Azerrail VC

Xəbərlər

Haqqımızda

Azerreyl final mərhələsinə qalibiyyətlə başladı

Bugün qadın voleybolçular arasında ölkə birinciliyində final mərhələsi start götürüb.  Voleybol Mərkəzində Yüksək Liqanın bürünc və qızıl medalları uğrunda ilk oyunlar keçirilib.

 

Günün birinci matçı çempionluq uğrunda yarışan "Azərreyl" və "Abşeron" klubları arasında olub. Görüş gərgin başlayıb. Uzatmaya qədər davam edən ilk setdə "Azərreyl" 26-24 hesabı ilə üstün olub. "Abşeron" klubu ikinci hissədə çox çalışsa da set yenə Eldar Yusubovun komandasının qələbəsi ilə yekunlaşıb. Növbəti hissədə tam təşəbbüsə yiyələnən "Azərreyl" 25-13 hesabı ilə qalib gəlib. Beləliklə, çempionluq uğrunda ilk matçı "Azərreyl" 3-0 hesabı ilə öz xeyrinə yekunlaşdırıb.

 

Sonra meydana üçüncülük üçün mübarizə aparan "Murov" və UNEC kollektivləri çıxıblar. Bu qarşılaşma da 3 hissə davam edib. Vüqar Əliyevin yetirmələri setlərdə müvafiq olaraq 25-14, 25-12 və 25-16 hesabları ilə qalib gələrək oyunu quru hesabla öz xeyrlərinə başa vurublar. Bununla da "Murov" bürünc medal uğrunda ilk qələbəsini qazanıb.

 

Qeyd edək ki, komandalar bu mərhələdə üç qələbəyədək mübarizə aparırlar.

 

Azərbaycan Çempionatı

Yüksək Liqa

Final mərhələsi  (1-ci oyun)

"Azərreyl" - "Abşeron" 3-0 (26-24, 25-22, 25-13)

Bürünc medal uğrunda (1-ci oyun)

"Murov" - UNEC 3-0 (25-14, 25-12, 25-16)