Xəbərlər
Azerreyl qələbəyə doğru !!!
Qadın voleybolçular arasında ölkə birinciliyində final mərhələsinin növbəti oyunları baş tutub.
Bu gün Voleybol Mərkəzində əvvəlcə “Abşeron” və “Azərreyl” üz-üzə gəliblər. Çempionluq üçün yarışan bu komandaların birinci matçında qələbə qazanan “Azərreyl” bu oyuna da yaxşı başlayıb və ilk seti 25-19 hesabı ilə öz xeyrinə yekunlaşdırıb. Üstünlüyünü sonadək davam etdirən Eldar Yusubovun komandası növbəti hissələrdə də 25-20 və 25-22 hesabları ilə qalib gələrək qızıl medala bir qədər də yaxınlaşıb.
Yüksək Liqa (qadınlar)
Final mərhələsi
“Abşeron” - “Azərreyl” 0-3 (19-25, 20-25, 22-25)