Xəbərlər
Azerreyl 2022-2023 mösümünün Azərbaycan Yüksək Liqasında ölkə çempionu oldu !
Qadın voleybolçular arasında Azərbaycan çempionu bəlli oldu.
Bu gün Voleybol Mərkəzində təşkil olunan yarışlarda final mərhələsinin üçüncülük uğrunda və finalın son qarşılaşmaları keçirilib.
İlk olaraq meydana bürünc medal üçün yarışan "Murov" və UNEC kollektivləri çıxıblar. Cütün ilk iki matçında quru hesabla qələbə qazanmış "Murov" bu görüşə də yaxşı başlayıb. İlk setdən üstün oyun nümayiş etdirən Vüqar Əliyevin yetirmələri meydandan 3-0 (25-19, 25-15, 25-16) hesablı qələbə ilə ayrılıb. Bununla da "Murov" Yüksək Liqanın bürünc medalına sahib çıxıb. UNEC isə ölkə birinciliyini dördüncü pillədə başa vurub.
Günün əsas görüşü çempionluq uğrunda mübarizə aparan "Azərreyl" və "Abşeron" klubları arasında olub. Bu komandaların ilk iki qarşılaşmasında "Azərreyl"in quru hesablı qələbəsi qeydə alınmışdı. Oyuna yüksək əzm və iradə ilə başlayan Eldar Yusubovun yetirmələri sona qədər bu istəyi nümayiş etdirərək rəqibini quru hesabla məğlub edib. Beləliklə, finalın hər üç matçında rəqibini məğlub edən "Azərreyl" Azərbaycan çempionu adını qazanıb. "Abşeron" isə Yüksək Liqanın gümüş medalı ilə kifayətlənməli olub.
Beləliklə, 2022/2023 illər mövsümündə ölkə birinciliyinin qalibi "Azərreyl" olub, ikinci və üçüncü yerləri müvafiq olaraq "Abşeron" və "Murov" klubları tutublar. UNEC isə çempionatı dördüncü pillədə bitirib.
Azərbaycan Çempionatı
Yüksək Liqa ( qadınlar )
18 aprel
Final
"Azərreyl" - "Abşeron" 3-0 (25-16, 25-18, 25-15)