Xəbərlər
Azerreyl “Heydər Əliyev Kuboku” na qalib başladı
Bu gün qadın və kişi voleybolçular arasında “Heydər Əliyev kuboku”na start verilib.
Ümumilikdə 13 komandanın mübarizə apardığı yarışın ilk günü oyunlar iki arenada təşkil olunub. Qadınların yarışında “Ryuga”, Murov-2”, “Xarı bülbül Şuşa”, UNEC, “Azərreyl”, “Abşeron”, “Murov”, kişilərin mübarizəsində isə “Təhsil”, “Xarı bülbül-2 Şuşa”, MOİK, “Murov”, “Neftçi”, “Xarı bülbül Şuşa” kollektivləri çıxış edirlər.
Olimpiya sistemi ilə keçirilən və 4 gün davam edəcək yarışın ilk günündə məğlub olan komandalar kubok uğrunda mübarizəni dayandırıblar.
“Murov-2” komandası ilə mübarizədə quru hesabla qələbə qazanan komandamız növbəti mərhələyə keçib.
Qadınların yarışında "Abşeron", "Azərreyl" və UNEC növbəti mərhələyə adlayıblar. “Azərreyl-2” müəyyən səbəblərdən turnirdə iştirak etmədiyi üçün "Murov" klubu reqlamentə uyğun olaraq birbaşa yarımfinal mərhələsindən mübarizəyə qoşulacaq.
Oyunlardan sonra yarımfinal mərhələsinin püşkü atılıb. Aprelin 26-da və 27-də Voleybol Mərkəzində baş tutacaq yarımfinalda ilk gün qadınlar, növbəti gün isə kişilər finalçıları müəyyən edəcəklər.
Beləliklə, aprelin 26-da saat 14:00-da "Abşeron” - “Murov” ardınca, saat 16:00-da isə “Azərreyl” - UNEC qarşılaşmaları baş tutacaq.
“Heydər Əliyev Kuboku” Qadınlar
“Murov-2” - “Azərreyl” 0-3 ( 9-25, 14-25, 14-25 )