Azerrail VC

Xəbərlər

Haqqımızda

Azerreyl “Heydər Əliyev kuboku” nda FINALDA !!!

Bu gün Voleybol Mərkəzində qadın voleybolçular arasında “Heydər Əliyev kuboku”nun yarımfinal oyunları keçirilib.

Günün ilk qarşılaşması “Murov” və “Abşeron” komandaları arasında olub. Gərgin keçən ilk seti "Abşeron" 25-20 hesabı ilə öz xeyrinə başa vurub. Növbəti hissələrdə də Famil Ağayevin yetirmələri rəqibdən daha az səhv edərək qalib gəliblər – 25-14, 25-22. Beləliklə, "Murov"u 3-0 hesabı ilə məğlub edən "Abşeron" turnirin finalına yüksəlib.

Yarımfinalın növbəti matçı isə “Azərreyl” və UNEC kollektivləri arasında olub. Bu görüş ehtimal olunduğu kimi Eldar Yusubovun yetirmələrinin üstünlüyü ilə keçib. İlk setdən təşəbbüsə yiyələnən komanda meydandan 3-0 (25-9, 25-10, 25-6)  hesablı qələbə ilə ayrılıb. Bir neçə gün əvvəl başa çatmış ölkə çempionatının qızıl medalını qazanmış "Azərreyl" yarışın ikinci finalçısı oldu.

 

Heydər Əliyev Kuboku

Yarımfinal (qadınlar)

“Abşeron” - “Murov” 3-0 (25-20, 25-14, 25-22)

“Azərreyl” - UNEC 3:0 (25-9, 25-10, 25-6)