Azerrail VC

Xəbərlər

Haqqımızda

Azerreyl “Heydər Əliyev Kuboku” nda II oldu

Voleybol üzrə "Heydər Əliyev kuboku" başa çatıb. Bu gün Voleybol Mərkəzində yarışın final qarşılaşmaları keçirilib.

 

İlk olaraq meydana qadın voleybolçular çıxıblar. Həlledici matçda "Abşeron" və "Azərreyl" üz-üzə gəlib. Son ölkə birinciliyində də final oynamış cütün bu görüşü də maraqlı mübarizədə keçib.

 

 İlk iki hissədə  "Abşeron" 25-23 və 26-24 hesabı ilə qalib gəlsə də, üçüncü set 25-18 hesabı ilə “Azərreyl”in xeyrinə başa çatıb. Dördüncü setdə üstünlüyü yenidən ələ alan Famil Ağayevin yetirmələri seti 25-20 hesabı ilə öz xeyrinə yekunlaşdırıb və meydandan 3-1 hesablı qələbə ilə ayrılıb. Beləliklə, "Abşeron" ölkə çempionatında ikinci olmasa da "Heydər Əliyev kuboku"nun qalibi olub. "Azərreyl" isə turniri ikinci yerdə başa vurub.

 

Heydər Əliyev Kuboku

Final (qadınlar)

"Abşeron" - "Azərreyl" 3-1 (25-23, 26-24, 18-25, 25-20)