Azerrail VC

Xəbərlər

Haqqımızda

Heydər Əliyev Kubokunun Qaliblərinin Mükafatlandırma Və Kubokun Bağlanış Mərasimi Keçirilib

Bu gün Voleybol Mərkəzində Ulu öndər Heydər Əliyevin anadan olmasının 100 illiyi münasibətilə Azərbaycan Voleybol Federasiyasının təşkil etdiyi yarışın son oyunları keçirilib.

Qadınların finalında "Azərreyl"i məğlub edən "Abşeron", kişilərin mübarizəsində isə "Xarı bülbül Şuşa"nı üstələyən "Murov" kubokun qalibi olublar.

Oyunlardan sonra mükafatlandırma və kubokun bağlanış mərasimi keçirilib.

Tədbirdə Azərbaycan Voleybol Federasiyasının (AVF) prezidenti Şahin Bağırov, Bakı Şəhər Gənclər və İdman Baş İdarəsinin rəisi Raqif Abbasov, AVF-nin vitse-prezidentləri Faiq Qarayev və Bəhruz Quliyev, baş katib Faiq Orucov, İdarə heyətinin üzvləri Günay Salamova, Elqar Bağırov və İlqar Nuriyev iştirak edib.

İlk olaraq komandalar meydanaçaya dəvət olunublar. Ulu öndər Heydər Əliyevin 2002-ci ildə Azərreyl klubunun “Top-komandalar” kubokunu qazandıqdan sonra voleybolçularımızla görüşündən video-rolik nümayiş olunub.

Sonra çıxış edən AVF-nin prezidenti Şahin Bağırov "Heydər Əliyev kuboku"nun yüksək səviyyədə keçirildiyini deyib. Ş.Bağırov Ümummilli Liderin idmana, eləcə də voleybola daim qayğı göstərdiyini söyləyib, 2002-ci ildə "Azərreyl" klubunun "Top komandalar kuboku"nu qazandıqdan sonra Heydər Əliyevin voleybolçularla görüşünün bu idman növünə dövlət qayğısının göstəricisi olduğunu bildirib. Ölkə voleybolunun inkişafı istiqamətində görüləcək işlərdən qısa bəhs edən Ş.Bağırov qalibləri və iştirakçı komandaları gözəl mübarizə münasibətilə təbrik edib, zalda iştirak edən qonaqlara, yarışın təşkilində əməyi keçən hər kəsə, oyunları işıqlandıran media nümayəndələrinə və azarkeşlərə minnətdarlığını bildirib.

Tədbirdə AVF-nin vitse-prezidenti Faiq Qarayev və Bakı Şəhər Gənclər və İdman Baş İdarəsinin rəisi Raqif Abbasov çıxış ediblər.

Çıxışlardan sonra AVF 2022-2023-cü illər mövsümündə keçirdiyi yarışlar zamanı federasiyaya dəstək olan qurumları təltif edib.

Yarışların yüksək səviyyədə təşkilinə verdiyi dəstəyə görə Voleybol Mərkəzinə, qarşılaşmaların yüksək səviyyədə işiqlandırılmasına görə "CBC sport" telekanalına, yarışların yüksək səviyyədə idarə olunmasına görə AVF Hakimlər kollegiyasına mükafatlar təqdim olunub.

Daha sonra "Heydər Əliyev kuboku"nun qalibləri mükafatlandırılıb. Yarışın çempionu olmuş "Abşeron" və "Murov", eləcədə ikinci yeri tutmuş "Azərreyl" və "Xarı bülbül Şuşa" komandalarına kubok və medalları AVF-nin prezidenti Şahin Bağırov, vitse-prezidentlər Faiq Qarayev, Bəhruz Quliyev və AVF İdarə heyətinin üzvi Elqar Bağırov təqdim ediblər.

Sonda canlı olaraq Azərbaycan Respublikasının dövlət himni səslənib və "Heydər Əliyev kuboku" bağlı elan olunub.